15 avqust 2026. Şənbə

ÇL-da həftənin oyunçusu


ÇL-da həftənin oyunçusu

UEFA Çempionlar Liqasında həftənin futbolçusu açıqlanıb. 

Corner.az xəbər verir ki, bu ada PSJ klubunun futbolçusu Neymar layiq görülüb. 28 yaşlı hücumçu "Atalanta"nı 2:1 hesabı ilə məğlub etdikləri matçın ən yaxşısı hesab olunub. 

O, azarkeşlərin səsverməsində "Leyptsiq"in müdafiəçisi Dayot Upamekano, "Bavariya"nın forvardı Tomas Müller və "Lion"un oyunçusu Mussa Dembeleni qabaqlayıb. 

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında "Leyptsiq" - PSJ və "Lion" - "Bavariya" görüşləri keçiriləcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu