1 fevral 2026. Bazar günü

Qarabağ iştirak ərizəsini UEFA-ya təqdim etdi - SİYAHI


Qarabağ iştirak ərizəsini UEFA-ya təqdim etdi - SİYAHI

"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı "Sileks"lə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Corner.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda 21 futbolçunun adı yer alıb.

Bunlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü isə hücumçudur.

Qapıçılar: Emil Balayev, Şahruddin Məhəmmədəliyev, Ayhan Arazlı

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev (k), Rauf Hüseynli, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina

Yarımmüdafiəçilər: Qara Qarayev, Uroş Matiç, Xayme Romero, Abdullah Zubir, İmayıl İbrahimli, Filip Ozobiç, Toral Bayramov, Donald Gerye, Ruslan Hacıyev

Hücumçular: Mahir Emreli, Kvabena Ovusu, Musa Qurbanlı

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütününü güclüsü ilə qarşılaşacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”