15 avqust 2026. Şənbə

Qarabağ'da ciddi itki


Qarabağ'da ciddi itki

"Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Sileks"lə oyunu buraxacaq.

Corner.az xəbər verir ki, buna səbəb onun ötən mövsüm "Düdelanj"la Bakıda keçirilən Avropa Liqasının qrup mərhələsinin son matçında (1:1) qırmızı vərəqə almasıdır. Sözügedən görüşdə iki sarı vərəqə aldıqdan sonra meydanı tərk edən 27 yaşlı yarımmüdafiəçinin 1 oyunluq cəzası var. Buna görə o, bu gün keçiriləcək matçda meydana olmayacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sileks" görüşü saat 20:00-da başlayacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu