- Çempionlar liqası
- 22:50 27.11.2025
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.
Corner.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da Bakıda Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb. Oyun "Qarabağ"ın inamlı qələbəsi ilə başa çatıb - 4:0.
Mərhələ bir oyundan ibarət olduğundan Ağdam təmsilçisi 2-ci mərhələyə yüksəlib.
Qeyd edək ki, "Qarabağ" 2-ci turda “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 25-26-da keçiriləcək.
18 avqust
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) - 4:0
Qol: Xayme Romero, 11, Donald Gerye, 39, 51, Mahir Emreli, 80
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu