30 iyun 2026. Çərşənbə axşamı

16 ildən sonra ÇL-nın finalında Fransa klubu


16 ildən sonra ÇL-nın finalında Fransa klubu

PSJ 16 ildən sonra UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanan ilk Fransa klubu olub. 

Corner.az xəbər verir ki, Paris təmsilçisi buna yarımfinalda "Leyptsiq"i 3:0 hesabı ilə məğlub etdiyi matçda yiyələnib. 

Sonuncu dəfə Fransa çempionatında çıxış edən "Monako" bu uğuru qazanıb. Komanda 2003/2004 mövsümünün finalında "Portu"ya 0:3 hesabı ilə uduzub. 

Fransa klublarından yalnız "Marsel" 1992/1993 mövsümündə Çempionlar Liqasının qalibi olub. Komanda həlledici görüşdə İtaliya "Milan"ını 1:0 hesabı ilə üstələyib. Bunadək avrokubokların finalında iştirak edən sonuncu Fransa təmsilçisi də məhz "Marsel" idi. Klub 2018-ci ildə Avropa Liqasının finalında İspaniya "Atletiko"su ilə dueldən məğlub ayrılıb - 0:3. 

Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu