30 iyun 2026. Çərşənbə axşamı

Neymar final matçını buraxa bilər - VİDEO


Neymar final matçını buraxa bilər - VİDEO

PSJ klubunun futbolçusu Neymar Çempionlar Liqasının final oyununu buraxa bilər. 

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı hücumçu yarımfinalda "Leyptsiq"i 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra rəqib oyunçu Marsel Halstenberqlə formasını dəyişib. 

UEFA koronavirus pandemiyasına görə formaların oyunlardan sonra dəyişdirilməsini qadağan edib. Neymar bu səbəbdən bir matçlıq diskvalifikasiya edilə və 14 gün karantinə göndərilə bilər. 

Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.








Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu