23 oktyabr 2024. Çərşənbə

Vacib hədəflər uğrunda mübarizə məni motivasiya edir


Vacib hədəflər uğrunda mübarizə məni motivasiya edir

"Bu, əla qol idi. Çünki müdafiəçini geridə qoyub qapıçı ilə təkbətək epizoddan maksimum yararlandım. Ozobiçin ötürməsi də çox yaxşı alındı".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Xayme Romero AS nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Makedoniya "Sileks"i ilə oyununda (4:0) rəqibin qapısına vurduğu qol barədə danışarkən deyib.

Matçın 11-ci dəqiqəsində hesabı açan 30 yaşlı vinger belə bir klubda çıxış etdiyi üçün özünü xoşbəxt saydığını bildirib: "Burada hər şey çox yaxşıdır. Şəhər, rahatlıq, bir sözlə, vəziyyət məni qane edir. Ötən mövsüm çempion olduq və UEFA Avropa Liqasında çıxış etdik. "Qarabağ"da özümü rahat hiss edirəm. Vacib hədəflər uğrunda mübarizə məni motivasiya edir".

"Qarabağ"ın Çempionlar Liqasında qrupa düşmək şanslarını dəyərləndirən Romero bildirib ki, bu, çox çətin olacaq: "Çünki növbəti mərhələlərdə güclü rəqiblər olur. Amma klubun hədəfi Avropada çıxış etməkdir. Çempionlar Liqasına düşə bilməsək, Avropa Liqasında ötən ilki nəticəni təkrarlamağa çalışacağıq".

Keçmiş komanda yoldaşları Dani Kintana və Miçel Maderadan söz açan futbolçu onlarla yaxşı vaxt keçirdiyini deyib: "Amma onlar məni burada tək qoydular. Xoşbəxtlikdən "Qarabağ"ın əvəzedici komandasında oynayan qardaşım Daniel mənimlə qalır".

Bu həftə Azərbaycan Premyer Liqasının start götürəcəyini xatırladan oyunçu bunun böyük məsuliyyət olduğunu vurğulayıb: "Əsas məqsəd rekordları yaxşılaşdırmaq və ötən mövsümkündən çox qol vurmaqdır".

Qeyd edək ki, Xayme Romero 2019-cu ilin yayından "Qarabağ"da çıxış edir.







Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər