5 dekabr 2025. Cümə

Daha 11 komanda ÇL-in 2-ci mərhələsində!


Daha 11 komanda ÇL-in 2-ci mərhələsində!
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da növbəti 2-ci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
 
Yeni mövsümün ilk matçında Şimali Makedoniyanın “Sileks” klubunu 4:0 hesablı qələbə ilə mübarizədən kənarlaşdırmış Ağdam təmsilçisi “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) duelinin qalibi ilə qarşılacaqdı. Doğma meydanda inamlı qələbə qazanan “Şerif” “Qarabağ”a rəqib olub.
 
Bu günə nəzərdə tutulan oyunlardan biri koronavirus pandemiyasına görə təxirə salınıb. Baş tutan digər matçlardan sonra növbəti mərhələyə vəsiqə qazanan daha 11 komandanın adına aydınlıq gəlib. Təsnifat mərhələləri bir görüşdən ibarət olduğu üçün qaliblər 2-ci təsnifat mərhələsində, məğlub olanlar isə Avropa Liqasında mübarizəni davam etdirəcək.
 
 
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
19 avqust
 
“Ararat” (Ermənistan) – “Omoniya” (Kipr) 0:1
Qol: Santos, 94.
 
“Molde” (Norveç) – “KuPS” (Finlandiya) 5:0
Qol: Hestad, 26. Eykrem, 37. Omoyjfuanfo, 69. Pedersen, 90+1. Knutdzon, 90+3.
 
“Flora” (Estoniya) – “Suduva” (Litva) 1:1 (penaltilər 2:4)
Qol: Sappinen, 49 – Topçaqiç, 78.
 
“Çelye” (Sloveniya) – “Dandolk” (İrlandiya) 3:0
Qol: Kerin, 43. Vizinger, 89. Danqubiç, 90+5.
 
“Dinamo” (Tiflis, Gürcüstan) – “Tirana” (Albaniya) 0:2
Qol: Torassa, 45+4. İsmaylgeçi, 86.
 
“Ferentsvaroş” (Macarıstan) – “Yurqorden” (İsveç) 2:0
Qol: Nquen, 33; 62.
 
“Makkabi” (Təl-Əviv, İsrail) – “Riqa” (Latviya) 2:0
Qol: Blakman, 58-pen; 88-pen.
 
“Buduçnost” (Monteneqro) – “Lüdoqorets” (Bolqarıstan) 1:3
Qol: Çukoviç, 31 – Hiqinio, 12. Tçibota, 25. Oliveyra, 90+3.
 
“Konnas Kuey” (Uels) – “Sarayevo” (Bosniya və Herseqovina) 0:2
Qol: Tatar, 16; 65.
 
“Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) 2:0
Qol: Abanq, 36. Lukiç, 80.
 
“Floriana” (Malta) – ÇFR (Rumıniya) 0:2
Qol: Çestor, 53. Qolofka, 90+7.
 
“Klaksvik” (Farer adaları) – “Slovan” (Slovakiya) matçı təxirə salınıb






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”