30 aprel 2026. Cümə axşamı

Qarabağ'la oyuna ciddi hazırlaşmalıyıq


Qarabağ'la oyuna ciddi hazırlaşmalıyıq

"Bakıdakı komanda indiki oynadığımız rəqibdən daha güclüdür. Ümid edirəm ki, orada da qələbə ənənəsini davam etdirəcəyik". 

Corner.az xəbər verir ki, bu fikirləri Moldovanın "Şerif" klubunun baş məşqçisi Zoran Zeçik klubun televiziyasına açıqlamasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la matç barədə danışarkən söyləyib. 

46 yaşlı mütəxəssis I təsnifat mərhələsində Lüksemburq "Fola Eş"ini (2:0) çətinliklə mübarizədən kənarlaşdırdıqlarını bildirib.

Xorvatiyalı baş məşqçi deyib ki, Ağdam təmsilçisi ilə görüşdə nəticəyə nail olmaq istəyirlərsə, həm hücumda, həm də müdafiədə yaxşı oynamalıdırlar: "Cütün taleyi bir matçda həll olunacaq. "Qarabağ"la oyun üçün vaxtımız azdır. Çox ciddi hazırlaşmalıyıq". 

Xatırladaq ki, "Qarabağ" - "Şerif" matçı avqustun 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. 







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı