30 iyun 2026. Çərşənbə axşamı

PSJ - Bavariya matçının hakimləri açıqlandı


PSJ - Bavariya matçının hakimləri açıqlandı

 UEFA Çempionlar Liqasının "Bavariya" və PSJ klubları arasında keçiriləcək final matçının hakimləri açıqlanıb. 

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Əsas referi Daniel Orsatoya, yan xətt hakimləri Lorentso Manqanelli və Alessandro Callatini yardımçı olacaq. 

4-cü hakim funksiyasını Ovidiu Hateqan yerinə yetirəcək. 

Qeyd edək ki, avqustun 23-də keçiriləcək PSJ - "Bavariya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu