9 may 2026. Şənbə

Navas və Boatenq ÇL-nın finalında oynaya bilər


Navas və Boatenq ÇL-nın finalında oynaya bilər
PSJ-nin qapıçısı Keylor Navasın zədəsi sağalıb.

Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperin Çempionlar Liqasının finalında “Bavariya” ilə matçda meydanda olacağı gözlənilir. Kostra-rikalı qapıçı 1/4 finalda “Atalanta” ilə oyunda zədələnmişdi. “Bavariya”nın yarımfinalda “Lion”la görüşdə (3:0) xəsarət alan müdafiəçisi Jeremi Boatenq  də sağalıb. 31 yaşlı futbolçu turnirin həlledici görüşündə iştirak edə bilər.

Qeyd edək ki, sabah Lissabonda “Estadio da Luz” stadionunda keçiriləcək PSJ - “Bavariya” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"