15 avqust 2026. Şənbə

Bavariya rekord gəlir əldə edəcək


Bavariya rekord gəlir əldə edəcək

"Bavariya" bu mövsüm avrokuboklarda iştiraka görə ən yüksək gəlir əldə edən komanda olacaq.

Corner.az xəbər verir ki, Münhen klubunun Çempionlar Liqasından (ÇL) qazancı təqribən 120 milyon avro olacaq.

Bu isə turnir tarixində ən yaxşı maliyyə göstəricisidir. Daha əvvəl bu rekord "Barselona"ya məxsus idi. Kataloniya təmsilçisinin 2019-cu ildəki gəliri 117,3 milyon avro olub.

Qeyd edək ki, Çempionlar Liqasında finala vəsiqə qazanan "Bavariya" həlledici oyunda Fransa çempionu PSJ ilə qarşılaşacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu