23 oktyabr 2024. Çərşənbə

Bizi ciddi rəqib və ciddi oyun gözləyir


Bizi ciddi rəqib və ciddi oyun gözləyir

"Futbolçularımı təbrik edirəm . Vacib qələbə qazandıq".

Corner.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda evdə "Sabah"ı 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

"Sabah" a qarşı 2 yoxlama matçı keçirmişdik. Çox aqressiv və sürətli komandadır. 3 gün sonra vacib oyunumuz olsa da, fikrimiz bu matçda idi. Maraqlı oyun alındı" - deyə o bildirib.

48 yaşlı mütəxəssisin sözlərin görə, qarşıdakı günlərdə yeni transfer ola bilər: "Amma dəqiq deyil. Çünki indi hansısa oyunçunu razı salmaq çətindir. Hamı öz ailəsini qorumağa, ölkəsində oynamağa üstünlük verir".

Q.Qurbanov  Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldova "Şerif"inə qarşı Bakıda keçirəcəkləri oyun haqda da danışıb: "Şerif"lə iki dəfə qarşılaşsaq da, rəqibə ciddi yanaşırıq. Komandanın oyununa baxdım. Baş məşqçiləri xorvatiyalıdır. Bizi ciddi rəqib və ciddi oyun gözləyir".







Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər