1 fevral 2026. Bazar günü

Çempionlar Liqasının qalibi bəlli oldu


Çempionlar Liqasının qalibi bəlli oldu
Bu gün UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçirilib. 
 
Corner.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüşdə PSJ ilə "Bavariya" üz-üzə gəlib.

Matçda PSJ-ni minimal hesabla məğlub edən Münhen təmsilçisi turnirin qalibi olub. Daha öncə 5 dəfə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulun sahibi olmuşdu. Münhen klubu 6-cı dəfə buna nail olaraq "Liverpul" ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komandası olub.
 
UEFA Çempionlar Liqası
Final
23 avqust
 
PSJ (Fransa) - “Bavariya” (Almaniya) 0:1
Qol: Koman, 59.
Lissabon. "Estadio da Luş" stadionu.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”