26 mart 2026. Cümə axşamı

ÇL-da həftənin oyunçusu adına namizədlər


ÇL-da həftənin oyunçusu adına namizədlər

UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. 

Corner.az-ın məlumatına görə, bu ada "Bavariya" klubunun qapıçısı Manuel Noyer, yarımmüdafiəçiləri Kinqsli Koman ilə Tiaqo Alkantara və PSJ-dən Markinyos iddialıdır. 

Alkantara həlledici qarşılaşmada 92 faiz dəqiq ötürmə verib, Manuel Noyer isə komandasını 3 dəfə real qoldan xilas edib. Münhen təmsilçisinin qolunu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Markinyos isə 81 faiz dəqiq ötürmə ilə yadda qalıb və 4 dəfə topu rəqibdən alıb. 

Qeyd edək ki, "Bavariya" finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edərək 6-cı dəfə kubokun sahibi olub.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"