13 avqust 2026. Cümə axşamı

Çempionlar Liqasında yeni rekord


Çempionlar Liqasında yeni rekord

 "Bavariya" klubu UEFA Çempionlar Liqasında rekord müəyyənləşdirib. 

Corner.az-ın məlumatına görə, Hans-Diter Flikin baş məşqçi olduğu kollektiv bu mövsüm 11 oyununun hamısını qələbə ilə başa vurub. Son olaraq, finalda Fransa PSJ-sinə 1:0 hesabı ilə qalib gələn Münhen təmsilçisi 2013-cü ildə özünün müəyyənləşdirdiyi 10 matçlıq qalibiyyət rekordunu yeniləyib. Həmin vaxt "Bavariya" belə bir seriyanı Yupp Haynkes və Xosep Qvardiolanın rəhbərliyi ilə yaxalamışdı. 

10 oyunluq qələbə seriyasını həm də İspaniya "Real Madrid"i 2014-2015-ci illərdə Karlo Ançelottinin baş məşqçiliyi dövründə əldə edib.  







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu