- Çempionlar liqası
- 22:50 27.11.2025
"Bu oyun da vacibdir. Həddindən artıq diqqətli olmalıyıq. Mərhələ bir oyundan ibarətdir. Yaxşı komandaya qarşı oynayacağıq".
Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovanın "Şerif" klubu ilə qarşılaşacaqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, matçda futbolçuların nə lazımdırsa edəcəklərinə inanır. Qurbanovun sözlərinə görə, illər ötdükcə həm klub, həm də futbolçular böyüyür: "Hər iki komandanın yaxşı heyəti və böyük təcrübəsi var. Daha əvvəl iki dəfə qarşılaşmışıq. Amma buna fikir vermirik. Çətin oyun olacaq. Meydançaya gəldikdə, hər gün ot örtüyü ilə maraqlanırdım. Sabah daha yaxşı olacaq".
Təcrübəli baş məşqçi mərakeş əsilli fransalı oyunçu Abdullah Zubir barədə də danışıb: "Onun faydalı iş əmsalı meydanda çoxdur. Futbolçulardan əvvəlki performansı tələb edə bilmərik. Oyundan-oyuna daha yaxşı Zubir görəcəyik".