13 avqust 2026. Cümə axşamı

ÇL-da həftənin oyunçusu bilindi


ÇL-da həftənin oyunçusu bilindi

UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb. 

Corner.az-ın məlumatına görə, bu ada "Bavariya"nın qapıçısı Manuel Noyer layiq görülüb.

34 yaşlı qolkiper azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşları - Kinqsli Koman ilə Tiaqu Alkantaranı və PSJ-dən isə Markinyosu geridə qoyub.

Qeyd edək ki, həlledici qarşılaşamada Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edən "Bavariya" 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu