1 oktyabr 2026. Cümə axşamı

Beşiktaş ÇL-da mübarizəni dayandırdı


Beşiktaş ÇL-da mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib. 

Corner.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutub.

Türkiyə təmsilçisi "Beşiktaş" Yunanıstanda PAOK-la qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1. 

Serbiyanın "Srvena Zvezda" klubu isə Albaniyada "Tirana" klubunu minimal hesabla məğlub edib. 

Qaliblər mübarizəni Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcəklər. 

25 avqust

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

22:00. "Tirana" (Albaniya) - "Srvena Zvezda" (Serbiya) - 0:1

Qol: Fernandeş Tomane, 61 

22:00. PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə) - 3:1

Qollar: Xristos Tzolis, 7; 24. Dimitrios Pelkas, 30 - Kayl Larin, 37

İstifadə olunmamış penalti: Çuba Akpom, 41 (PAOK) 







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”