26 mart 2026. Cümə axşamı

Qarabağ növbəti mərhələdə


Qarabağ növbəti mərhələdə

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Corner.az xəbər verir ki, bu turnirdəki yeganə təmsilçimiz "Qarabağ" da bu gün növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda  Moldova "Şerif" ilə üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi ÇL-in 3-cü təsnifat mərhələsinə adlayıb. "Şerif" isə Avropa Liqasının 3-cü raundunda mübarizə aparmalı olacaq.

Xatırladaq ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib.

Əlavə edək ki,  Ağdam təmsilçisinin 3-cü təsnifat mərhələsindəki rəqibi avqustun 31-dəki püşkatma mərasimində müəyyənləşəcək.

26 avqust

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova) - 2:1
Qollar
:Uroş Matiç, 22-pen (1:0), Mahir Emreli, 63 (2:0), Kastanyeda, 78 (2:1)
Qırmızı vərəqə: Anatole Abanq, 37- birbaşa qırmızı vərəqə ("Şerif")







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"