26 mart 2026. Cümə axşamı

O, ən yaxşı azərbaycanlı futbolçudur - Zekiç


O, ən yaxşı azərbaycanlı futbolçudur - Zekiç
Moldovanın “Şerif” klubunun baş məşqçisi Zoran Zekiç UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Corner.az xəbər verir ki, Tiraspol təmsilçisinin məşqçisi 1:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları bildirib:
 
- Oyunla bağlı müəyyən planlarımız var idi. İlk səhv penalti ilə nəticələndi və ardından oyunçumuz qırmızı vərəqə aldı. 2-3 qol epizodumuz oldu. Təəssüf ki, istifadə edə bilmədik. “Qarabağ"ı təbrik edirəm, onların Çempionlar Liqasının qruplarına düşməsini istəyirəm.
 
- "Qarabağ"ın güclü tərəfləri hansılardır və oyunu dəyişmək üçün nələr etdiz?
- Oyundan əvvəl də demişdim ki, "Qarabağ"ın güclü oyunçuları var, topa yaxşı nəzarət edirlər. Penaltiyə qədər bərabər oyun gedirdi. Hücumda daha kəsərli olmaq istəyirdik, alınmadı.
 
- Bu gün "Şerif"in oyunçuları antifutbol oynadı. Futbolçular rəqibi vura, yıxa-yıxa oynayırdılar. Moldova çempionatında da belə çempion olmusuz?
- Mən də bu gün hücum futbolu oynamaq istəyirdim. Amma bu oyunu antifutbol saymıram. Hücumda intensivliyi yarada bilmədik.
 
- Oyun zamanı hakimə etiraz edirdiz. Onların qərarlarında səhv olduğunu düşünürsüz? 
- Oyundan sonra hakimlər haqda danışmaq düz deyil. Onlar da səhv edə bilərlər. Hakimlər epizoda daha yaxın idilər, düz də ola bilərlər, səhv də.
 
- Qırmızı alan futbolçunu cəzalandıracaqsız?
- Bu haqda sabah düşünəcəyik.
 
- Oyundan əvvəl Qara Qarayevi xüsusi fərqləndirmişdiz. İndi də eyni fikirdəsiz? 
- Mənə görə o, hələ də Azərbaycanın ən yaxşı futbolçusudur. Topla yaxşı rəftar edir. Meydana nəzarəti güclüdür, qayıdan topları götürə bilir. Mənə görə ən yaxşı azərbaycanlı futbolçudur.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"