26 mart 2026. Cümə axşamı

Qarabağ Milan'a çatdı


Qarabağ Milan'a çatdı

Dünən keçirilən avrokubokların təsnifat mərhələsi oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Corner.az xəbər verir ki, Çempionlar Liqasındakı yeganə təmsilçisimiz “Qarabağ” siyahıda irəliləyib.

Ağdam təmsilçisi dünən “Şerif” klubuna qarşı 2:1 hesabı ilə qalib gəlib. Bununla da Qarabağ xallarının sayını 20,500-ə çatıdırb.

Bu göstərici ilə “Milan” (İtaliya) və “Standard”a (Belçika) çatan “Qarabağ” onlarla 62-64-cü yerləri bölüşür. Qurban Qurbanovun yetirmələri “Feyenoord” (Niderland) və “Styaua” (Rumıniya) klublarını geridə qoyub.

Qeyd edək ki, reytinqə 111,000 xalla “Bavariya” (Almaniya) başçılıq edir.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"