2 may 2026. Şənbə

UEFA Super Kubok matçı təxirə salına bilər


UEFA Super Kubok matçı təxirə salına bilər

 "Sevilya" və "Bavariya" klubları arasında UEFA Super Kuboku uğrunda matç təxirə salına bilər.

Corner.az "The Times" nəşrinə istinadən xəbər verir ki, Macarıstan sentyabrın 1-dən etibarən koronavirus infeksiyasına yoluxmanın artması səbəbindən bütün xarici vətəndaşlar üçün sərhədləri bağlamağa qərar verib.

Oyun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilməlidir. 

Beləliklə, UEFA Super Kuboku uğrunda qarşılaşmanın keçirilməsi sual altına düşüb. 

Xatırladaq ki, "Bavariya" Çempionlar Liqasının finalında PSJ-ni 1:0 hesabı ilə üstələyib. "Sevilya" isə Avropa Liqasındakı həlledici matçda "İnter"dən güclü olub - 3:2.(report)







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı