1 fevral 2026. Bazar günü

Qurban Qurbanov: Çox ciddi rəqiblə qarşılaşacağıq


Qurban Qurbanov: Çox ciddi rəqiblə qarşılaşacağıq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəkləri oyun barədə danışıb. 

Corner.az xəbər verir ki, 48 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında çox ciddi rəqiblə qarşılaşacaqlarını bildirib. Onun sözlərinə görə, Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirir: "Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir. "Molde" son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq". 

Qeyd edək ki, "Qarabağ" - "Molde" matçı sentyabrın 15-də və ya 16-da Bakıda keçirilməlidir. 







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”