30 aprel 2026. Cümə axşamı

Qarabağ - Mölde matçının vaxtı bilindi


Qarabağ - Mölde matçının vaxtı bilindi

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Mölde"si ilə keçirəcəyi oyunun vaxtı müəyyənləşib. 

Corner.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O, qarşılaşmanın böyük ehtimalla, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini və saat 20:00-da başlayacağını söyləyib. 

Klub rəsmisi son qərarın UEFA tərəfindən açıqlanacağını diqqətə çatdırıb: "Biz matçı 16 sentyabr saat 20:00-a təyin etmək istədiyimizi Avropa futbol qurumuna bildirmişik. Son qərarı isə UEFA verəcək".  

Qeyd edək ki, "Molde" "Qarabağ"la matçın neytral meydana təyin olunmasını istəyib, Ağdam klubu buna rədd cavabı verib.(report)







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı