1 fevral 2026. Bazar günü

ÇL-da bir matç neytral meydanda keçirilə bilər


ÇL-da bir matç neytral meydanda keçirilə bilər
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Dinamo” (Kiyev, Ukrayna) – “Alkmaar” (Niderland) matçı da neytral meydanda keçirilə bilər.
 
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Kiyev şəhərində koronavirusla bağlı vəziyyətin gərgin olmasıdır.
 
Ukraynanın paytaxtında son bir həftədə hər gün 200-dən çox koronavirusa yoluxma faktı aşkarlanır.
 
UEFA məsələni araşdıracaq və qısa zamanda matçın harda keçirilməsiylə bağlı yekun qərar verəcək.
 
Qeyd edək ki, “Dinamo” – “Alkmaar” matçı sentyabrın 16-da keçiriləcək.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”