30 aprel 2026. Cümə axşamı

Dinamo'nun futbolçusu Qarabağ'ı zəif rəqib adlandırdı


Dinamo'nun futbolçusu Qarabağ'ı zəif rəqib adlandırdı

"Komandamız üçün hər şeyin gözlənilmədiyi kimi baş verməsi maraqlıdır. Əks halda, mərhələ adladıqca rəqiblər zəifdən güclüyə doğru sıralanardı". 

Corner.az-ın məlumatına görə, bu fikirləri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Damyan Daniçiç yerli "Sportske Jutarnji" nəşrinə müsahibəsində UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. 

20 yaşlı yarımmüdafiəçi ÇL-in II təsnifatında rəqiblərinin çətin olduğunu söyləyib. O, III təsnifat mərhələsində də iddialı komanda ilə üz-üzə gələcəklərini sözlərinə əlavə edib. Daniçiçin sözlərinə görə mərhələ adlayacaqları təqdirdə, ən asan rəqiblərdən biri ilə qarşılaşacaqlar: "Ən çətin oyunumuz II təsnifat mərhələsində Rumıniya ÇFR-inə qarşı oldu. Bu rəqibi penaltilər seriyasında keçdik. İkinci matçımız da ən çətin oyunlardan olacaq. Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyimiz təqdirdə, pley-offda bizi ən asan rəqib gözləyəcək. Oyuna əsl komanda kimi köklənsək, hər şey özümüzdən asılı olacaq".

Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları idə 29-30 sentyabrda oynanılacaq.(report)







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı