23 oktyabr 2024. Çərşənbə

Qarabağ'la oyun üçün elə də çox variant qalmayıb


Qarabağ'la oyun üçün elə də çox variant qalmayıb

"Qərara hörmət edirik. Amma əlbəttə, bizi qane etmir".

Corner.az-ın məlumatına görə, bunu "Molde" klubunun direktoru Ole Erik Stavrum Norveç hökumətinin "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin səfər oyunundan sonra komandanı karantindən azad etməkdən imtinasına dair qərarını şərh edərkən deyib.   

O bildirib ki, ilkin püşkatmaya əsasən, oyun Azərbaycanda keçirilməlidir: "Matçadək istisna razılığın alınmasına dair izahat əldə etmək mümkün olmayacaq. Hazırda biz Norveç Futbol Federasiyası ilə birlikdə vəziyyəti qiymətləndirəcək və oyunu neytral meydanda keçirə bilmək üçün UEFA ilə danışıqlar qurmağa çalışacağıq". 

Stavrum neytral məkan kimi iki ölkəni təklif edib: "Xəritəyə baxsaq, elə də çox variant qalmayıb. Yaşıl rəngdə olan ölkələrin sayı azdır. Yəqin ki, alternativ variantlar Macarıstan və Sloveniyadır". 

Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan "Qarabağ" - "Molde" matçı saat 20:00-a təyin olunub. Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etsə də, rədd cavabı almışdı.







Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər