26 mart 2026. Cümə axşamı

Mahir Emreli Molde'yə qarşı oynayacaqmı?


Mahir Emreli Molde'yə qarşı oynayacaqmı?

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının 2-ci turunda “Keşlə” ilə matçda zədələnən futbolçusu Mahir Emrelinin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Molde” ilə oyunu buraxmaq ehtimalı var.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, 23 yaşlı hücumçunun ayağında burxulma aşkarlanıb:


“Mahirin “Molde” ilə matçda meydanda olub-olmayacağı bəlli deyil. Ayağında burxulma var. Vətərlərində problem yoxdur. Amma burxulma ciddidir. Onda görə də Mahirin sağlamııq durumu onun bədəninin verdiyi reaksiyadan asılı olacaq. Bu səbəbdən oynayıb-oynamayacağı sual altındadır”.
 
Qeyd edək ki, sentyabrım 16-sı Kiprin "AEK Arena- George Karapatakis" stadionunda keçiriləcək “Qarabağ” – “Molde” görüşü Bakı vaxtı ilə 21:00-da başlayacaq.(qol)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"