5 dekabr 2025. Cümə

Molde'nin turnirə çox ciddi hazırlaşdığı görünür


Molde'nin turnirə çox ciddi hazırlaşdığı görünür

"Məni narahat edən UEFA-nın qərarı gec bildirməsidir. Püşkdən sonra desəydilər ki, görüş neytral meydanda olacaq, bizə daha rahat olardı. 

Corner.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçiriləcək oyun öncəsi jurnalistlərə açıqlamasında deyib. 

48 yaşlı mütəxəssis bildirib ki, matça bir həftə qalmış oyunun Kiprin Larnada şəhərinə salınması narahatlıq yaradıb: "Hər bir halda bütün qaydaları tətbiq edən UEFA-dır. Biz də bu qərara hörmət etməliyik".

Təcrübəli baş məşqçi zədəli Mahir Emrelinin görüşdə iştirakının sual altında olduğunu sözlərinə əlavə edib. O, bəzi oyunçuların da yüngül zədələrinin olduğunu vurğulayıb: "Çətinliklərə baxmayaraq rəqibi yetərincə analiz etmişik və matça ümidlə yollanırıq. "Molde" nizam-intizamlı komandadır və fərqli sistemdə oynayırlar. Bu turnirə çox ciddi hazırlaşdıqları görünür. Belə komandalara qarşı oynamışıq. İnanıram ki, düzgün oyun qura biləcəyik".  

Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.(report)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”