UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib.
Corner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
“Dinamo Kiyev" öz doğma meydanında “Alkmaar”ı qəbul edib. Ukrayna təmsilçisi inamlı qələbə qazanaraq pley-offa vəsiqə qazanıb. “Benfika” PAOK-un, “Rapid” isə Gent”in qonağı olub. Bu oyunlarda da pley-offa vəsiqə qazanan meydan sahibləri olub.
Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” bu mərhələdəki oyununa sabah çıxacaq. Ağdam təmsilçisi Norveç “Molde”si ilə qarşılaşacaq. Görüş UEFA-nın qərarıyla Kiprdə keçiriləcək. “Qarabağ” “Molde” səddini keçsə, pley-off mərhələsində “Ferentsvaroş” – “Dinamo” cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
15 sentyabr
Dinamo (Kiyev, Ukrayna) – Alkmaar (Niderland) 2:0
Qol: Rodriqes, 49. Şaparenko, 86.
PAOK (Yunanıstan) – Benfika (Portuqaliya) 2:1
Qol: Yannopulos, 63, Jivkoviç, 75 – Silva, 90+4
Gent (Belçika) – Rapid (Vyana, Avstriya) 2:1
Qol: Dorş, 36. Yaremçuk, 59-pen – Y.Demir, 90+3.