- Çempionlar liqası
- 22:50 27.11.2025
"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.
Corner.az xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşıb. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Bu səbəbdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxt zamanı Norveç təmsilçisi penalti vurmaq hüququ qazansa da, Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev komandasını qoldan xilas edib. Əlavə yarım saatda da hesab açılmayıb. Yekunda qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Molde” növbəti mərhələyə yüksəlib.
“Molde” digər oyunda qələbə qazanmış “Ferentsvaroş”a rəqib olub. Məğlub olan “Qarabağ” isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.
16 sentyabr
21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (5:6)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"
"Molde" 102-ci dəqiqədə penaltidən fərqlənə bilməyib. "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev penaltini dəf edib.