23 oktyabr 2024. Çərşənbə

Karyeramda ilk dəfə penalti vururdum


Karyeramda ilk dəfə penalti vururdum

"Asan oyun olmadı. Çoxsaylı imkanımız olsa da, yararlana bilmədik".

Corner.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında 5:6 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

29 yaşlı müdafiəçi bildirib ki, matçın keçirildiyi Kiprin Larnaka şəhərində havanın isti olması komandaya çətinlik yaradıb: "Belə havada oynamaq çox ağır idi. İki hissə ərzində yaxşı mübarizə apardıq. Təəssüf ki, penaltilərlə məğlub olduq. Bu, lotereya kimi bir şeydir. Bilmirsən ki, penaltilər seriyasında uğur kimin üzünə güləcək".

Təcrübəli oyunçu bu məğlubiyyəti mümkün qədər tez unutmalı olduqlarını vurğulayıb: "Avropa Liqasının qrup mərhələsinə düşmə şansımız var. Sabah bizi püşkatma gözləyir, növbəti rəqibimiz müəyyənləşəcək. Ümidvaram ki, pley-off mərhələsində bundan da yaxşı çıxış edəcəyik".

Hüseynov penalti zərbəsini dəqiq yerinə yetirə bilməməsi barədə də danışıb: "Baş məşqçimiz penaltiini vurmağı mənə tapşırdı. Mən ştatlı penalti vuran deyiləm, karyeramda ilk dəfə yerinə yetirirdim. Təəssüf ki, vura bilmədim".

Qeyd edək ki, "Qarabağ" 6-cı penaltini Bədavi Hüseynovun dəqiq yerinə yetirə bilməməsi nəticəsində Çempionlar Liqası ilə vidalaşıb.(report)







Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər