15 avqust 2026. Şənbə

ÇL-da mövsümün ən yaxşısına namizədlər


ÇL-da mövsümün ən yaxşısına namizədlər

Çempionlar Liqasının 2019/20 mövsümündə mövqelərə görə ən yaxşı oyunçu adlarına namizədlər açıqlanıb.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər aşağıdakılardır:

Qapıçılar: Keylor Navas (PSJ), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”, Madrid)

Müdafiəçilər: David Alaba, Alfonso Devis, Josua Kimmix (hamısı “Bavariya”)

Yarımmüdafiəçilər: Kevin de Brüyne (“Mançester Siti”), Tomas Müller, Tiaqo Alkantara (hər ikisi “Bavariya”)

Hücumçular: Robert Levandovski (“Bavariya”), Kilian Mbappe, Neymar (hər ikisi PSJ)

Qaliblərin adları Çempionlar Liqasının 2020/21-ci illər mövsümünün qrup mərhələsinin oktyabrın 1-də keçiriləcək püşkatma mərasimində açıqlanacaq.

Qeyd edək ki, geridə qalan mövsüm turnirin qalibi “Bavariya” olub.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu