3 may 2026. Bazar günü

Qarabağ'la matçda futbola nifrət etdim


Qarabağ'la matçda futbola nifrət etdim

"Matç ərzində 3-4 dəfə futbola niftət etdiyimi söylədim. Penaltilər seriyasına gələndə qorxunc şübhələrim var idi. Həmin vaxt futbol gözümdə elə də böyük deyildi". 

Corner.az-ın məlumatına görə, bunu Norveç "Molde"sinin baş direktoru Ole Erik Stavrum "Rbnett.no" nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qalib gələrək pley-offa adladıqları oyun barədə danışarkən deyib. 

Klub rəsmisi bildirib ki, penaltilər seriyasında qorxunc səhnələr möcüzəyə çevirilib: "Biz sanki qaranlıqda oturaraq özümüzə qapanmışdıq. Ancaq yekunda düşərgəmizdə yaxşı atmosfer var idi. Matçın sonlarındakı kimi əhval-ruhiyyə və sevinc hisslərini yaşayacağımızı heç vaxt düşünməmişdim". 

Qeyd edək ki, əsas və əlavə vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında daha dəqiq oynayan (6:5) "Molde" adını Çempionlar Liqasında pley-offa yazdırıb.(report)







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı