30 iyun 2026. Çərşənbə axşamı

ÇL-nın qalibi turnirdən kənarlaşdırıldı


ÇL-nın qalibi turnirdən kənarlaşdırıldı

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qərar Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" klubu ilə qarşılaşmanın baş tutmamasından sonra verilib. Çünki Riyad təmsilçisi start heyətə 9 oyunçu və ehtiyata 2 qapıçı daxil edib. Qaydalara görə, matçın iştirak ərizəsində ən azı 13 futbolçu olmalıdır. 

Asiya Çempionlar Liqasının hazırkı qalibində futbolçuların çoxu koronavirusa yoluxub. Hazırda 27 futbolçu və məşqçi karantindədir. 

"Əl-Hilal" və Səudiyyə Ərəbistanı Futbol Federasiyası matçın təxirə salınmasını xahiş edib. Lakin Asiya Futbol Konfederasiyası bunun turnir cədvəlinə mənfi təsir göstərəcəyini əsas gətirərək istisnaların olmayacağını bildirib. 

Beləliklə, Çempionlar Liqasının 1/8 finalına Özbəkistanın "Paxtakor" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" klubları yüksəlib.(report)







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu