30 iyun 2026. Çərşənbə axşamı

ÇL-nın qrup mərhələsinin püşkü atıldı


ÇL-nın qrup mərhələsinin püşkü atıldı

Çempionlar Liqasının 2020/2021 mövsümündə qrup mərhələsinin püşkü atılıb.

Corner.az xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində keçirilib. Çempionlar Liqasında Türkiyənin yeganə təmsilçisi "Başakşehir" PSJ (Fransa), "Mançester Yunayted" (İngiltərə) və "Leyptsiq"lə (Almaniya) bir qrupda mübarizə aparacaq. 

A qrupu: "Bavariya" (Almaniya), "Atletiko" (İspaniya), "Zaltsburq" (Avstriya), "Lokomotiv" (Moskva, Rusiya)

B qrupu: "Real Madrid" (İspaniya), "Şaxtyor" (Ukrayna), "İnter" (İtaliya), "Borussiya" (Mönxenqladbax, Almaniya)

C qrupu: "Porto" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Marsel" (Fransa)

D qrupu: "Liverpul" (İngiltərə), "Ayaks" (Niderland), "Atalanta" (İtaliya), "Midtüllann" (Danimarka)

E qrupu: "Sevilya" (İspaniya), "Çelsi" (İngiltərə), "Krasnodar" (Rusiya), "Renn" (Fransa)

F qrupu: "Zenit" (Rusiya), "Borussiya" (Dortmund, Almaniya), "Latsio" (İtaliya), "Brügge" (Belçika)

G qrupu: "Yuventus" (İtaliya), "Barselona" (İspaniya), "Dinamo" (Kiyev, Ukrayna), "Ferentsvaroş" (Macarıstan)

H qrupu: PSJ (Fransa), "Mançester Yunayted" (İngiltərə), "Leyptsiq" (Almaniya), "Başakşehir" (Türkiyə)

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına oktyabrın 20-də start veriləcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu