15 may 2026. Cümə

Ramos oynamayacaq


Ramos oynamayacaq

“Real”ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Şaxtyor”la matçda oynamayacaq.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun La Liqanın 5-ci turunda “Kadis”lə görüşdə (0:1) zədələnməsidir. İspan müdafiəçi sözügedən oyunda  dizindəki narahatlıq səbəbindən məcburi əvəzlənib. Komandanın son məşqçini buraxan Ramosun “Şaxtyor”la qarşılaşmada meydana çıxmayacağı bildirilib.

Qeyd edək ki, sabah Madriddə keçiriləcək “Real” – “Şaxtyor” oyunu Bakı vaxtı ilə 20:55-də başlayacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"