1 fevral 2026. Bazar günü

Luçesku ÇL-nın tarixinə düşdü


Luçesku ÇL-nın tarixinə düşdü
Ukraynanın “Dinamo” (Kiyev) klubu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Yuventus”la ev oyununda 0:2 hesabı ilə uduzub.
 
Corner.az xəbər verir ki, bu qarşılaşma Kiyev klubunun baş məşqçisi Mirça Luçesku üçün əlamətdar olub.
 
Belə ki, rumıniyalı mütəxəssis bu turnirin ən yaşlı baş məşqçisi kimi tarixə düşüb. Ukrayna vitse-çempionunun çalışdırıcısı buna 75 yaşında imza atıb.
 
Əvvəlki rekord Yupp Haynkesə məxsus idi. Almaniyalı mütəxəssis 2017/18 mövsümündə “Bavariya” ilə qrup mərhələsini 72 yaşında yaşayıb.
 
Qeyd edək ki, “Dinamo” 2016-cı ildən sonra ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlib.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”