26 mart 2026. Cümə axşamı

PSJ Mançester Yunayted'ə uduzdu, Barselona'dan darmadağın


PSJ Mançester Yunayted'ə uduzdu, Barselona'dan darmadağın

UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinin ilk turun oyunlarına start verilib.

 Corner.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçirilib.

G qrupu çərçivəsində “Yuventus” səfərdə  “Dinamo Kiyev”in qonağı olub və inamlı qələbə qazanıb. Qrupun digər oyununda “Barselona” Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib və darmadağınla qalib gəlib.

Günün maraqla gözlənilən qarşılaşmasında H qrupunda yer alan PSJ və “Mançester Yunayted” klubları Parisdə qarşılaşıblar. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə seviniblər. Qrupun digər oyununda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” səfərdə “Leyptsiq”in qonağı olub və məğlub olub.

F qrupunda “Zenit” evdə “Brügge”yə məğlub olub.  “Borussiya Dortmund” isə “Latsio” ilə səfər oyunundan məğlub ayrılıb.

E qrupu çərçivəsində baş tutan “Renn” – “Krasnodar” və “Çelsi” – “Sevilya” matçında qalib müəyyənləşməyib.

Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

20 oktyabr

F qrupu

Zenit (Rusiya) – Brügge (Belçika) 1:2
Qol: Horvat, 74 – Dennis, 63. Ketelaere, 90+3.

Latsio (İtaliya) – Borussiya (Dortmund, Almaniya)
Qol: İmmobile, 6. Hits, 23-öz qapısına. Akpro, 76 – Haland, 71.

G qrupu

Dinamo (Kiyev, Ukrayna) – Yuventus (İtaliya) 0:2
Qol: Morata, 46; 84.

Barselona (İspaniya) – Ferentsvaroş (Macarıstan) 5:1
Qol: Messi, 27-pen. Fati, 42. Koutinyo, 52. Pedri, 82. Dembele, 89 – Xaratin, 70-pen.

E qrupu

Renn (Fransa) – Krasnodar (Fransa) 1:1
Qol: Jirassi, 56 – K.Ramires, 59.

Çelsi (İngiltərə) – Sevilya (İspaniya) 0:0

H qrupu

PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə) 1:2
Qol: Marsyal, 55-öz qapısına – B.Fernandes, 23-pen. Reşford, 87.

Leyptsiq (Almaniya) – Başakşəhər (Türkiyə) 2:0
Qol: Anxelinyo, 16; 20.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"