12 avqust 2026. Çərşənbə

Mbappedən antirekord


Mbappedən antirekord
 PSJ UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində öz meydanında “Mançester Yunayted”ə 1:2 hesabı ilə uduzub.
 
Corner.az xəbər verir ki, bu oyunda Paris təmsilçisinin hücumçusu Kilian Mbappe anti-rekorda imza atıb.
 
Belə ki, 21 yaşlı  futbolçu qitənin ən nüfuzlu klub turnirində ardıcıl 6 oyundur ki, qol vura bilmir. Fransalı forvard sonuncu dəfə ötən mövsüm turnirin qrup mərhələsində “Qalatasaray”la (5:1) qarşılaşmada fərqlənib. Həmin vaxtdan bəri qol vura bilməyən Mbappe, bununla da, öz anti-rekordunu yeniləyib.






Çempionlar liqası