“Barselona”nın hücumçusu Ansu Fati Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.
Corner.az xəbər verir ki, gənc futbolçu buna qrup mərhələsinin ilk turunda “Ferentsvaroş” klubu ilə ev oyununda fərqlənərək nail olub.
“Nou Kamp”dakı matçda komandasının ikinci qolunu vuran Fati bu turnirdə 18 yaşına çatmamış iki qol vuran ilk futbolçu ünvanına yiyələnib. O, ÇL-də ilk qolunu 2019-cu ilin dekabrında “İnter”lə matçda vurub.
Qeyd edək ki, “Barselona” “Ferentsvaroş” üzərində 5:1 hesablı qələbə qazanıb.