26 mart 2026. Cümə axşamı

Başakşəhər'in futbolçusundan rekord


Başakşəhər'in futbolçusundan rekord

“Başakşəhər”in yarımmüdafiəçisi Mehmet Topal daha bir ilkə imza atıb.

Corner.az xəbər verir ki, 34 yaşlı oyunçu Çempionlar Liqasında 3 onillikdə (2000, 2010 və 2020) meydana çıxan ilk türk futbolçu kimi tarixə düşüb.

Türkiyə millisinin sabiq futbolçusu bunu ötən gecə “Leyptsiq” klubu ilə səfər oyununda (0:2) meydana çıxmaqla rəsmiləşdirib.

Qeyd edək ki, Topal "Başakşəhər"lə Superliqada son mövsümün qalibi olmaqla da ilkə imza atmışdı. O, “Qalatasaray” və “Fənərbaxça”dakı çempionluqlarından sonra “Başakşəhər”lə də bu sevinci yaşamaqla 3 fərqli klubla Türkiyə çempionu olan ilk futbolçuya çevrilmişdi.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"