6 dekabr 2025. Şənbə

Real uduzdu, Bavariya'dan darmadağın


Real uduzdu, Bavariya'dan darmadağın

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.

Corner.az xəbər verir ki, A, B, C və D qrupları çərçivəsində daha 8 qarşılaşma baş tutub.

Turnirin son qalibi “Bavariya” öz meydanında “Atletiko” ilə görüşüb və rəqibinə darmadağınla qalib gəlib. A qrupunda keçirilən digər qarşılaşmada “Zalsburq” “Lokomotiv”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

B qrupunda yer alan Çempionlar Liqasının ən titullu komandası “Real” öz meydanında “Şaxtyor”la, “İnter” isə “Borussiya” (Münhenqladbax) ilə üz-üzə gəlib. Madrid nəhənginin gözlənilməz məğlubiyyətlə üzləşibsə, Milan təmsilçisi də almanlarla heç-heçə edib.

C qrupunun favoriti “Mançester Siti”  öz meydanında “Portu”nu məğlub edib. Marsel isə  səfərdə “Olimpiakos”un qonağı olub və minimal hesabla məğlub olub.

“Liverpul” isə səfərində “Ayaks”la üz-üzə gəlib və minimal hesabla qələbə qazanıb. Danimarkada baş tutan qrupun digər qarşılaşmasında isə “Midtyulland” “Atalanta”ya böyük hesabla uduzub

UEFA Çempionlar Liqası
Qrup mərhələsi

21 oktyabr

A qrupu

“Zalsburq” (Avstriya) – “Lokomotiv” (Moskva, Rusiya) 2:2
Qol: Soboslay, 45. Yunusoviç, 50 – Eder, 19. Lusakoviç, 75.

“Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya) 4:0
Qol: Koman, 28; 72. Qoretska, 41. Tolisso, 66.

B qrupu

“Real” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:3
Qol: Modriç, 54. J.Vinisius, 59 – Tete, 29. Varan, 33-öz qapısına. Solomon, 42.

“İnter” (İtaliya) – “Borussiya” (Münhenqladbax, Almaniya) 2:2
Qol: Lukaku, 49; 90 – Bensebaini, 63-pen. Hofmann, 85.

C qrupu

“Mançester Siti” (İngiltərə) – “Portu” (Portuqaliya) 3:1
Qol: Aquero, 21-pen. İ.Gündoğan, 65. Torres, 73 – Luis Dias, 14.

“Olimpiakos” (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa) 1:0
Qol: Koka, 90+1.

D qrupu

“Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə) 0:1
Qol: Talyafiko, 35-öz qapısına.

“Midtyulland” (Danimarka) – “Atalanta” (İtaliya) 0:4
Qol: Sapata, 26. A.Qomes, 36. Muriel, 42. Mirançuk, 89.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”