- Çempionlar liqası
- 22:50 27.11.2025
"Real Madrid"in futbolçusu Vinisius Junior yeni rekorda imza atıb.
Corner.az "Opta Sport" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu buna Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda öz meydanında "Şaxtyor"a 2:3 hesabı ilə məğlub olduqları görüşdə nail olub.
Braziliyalı futbolçu 59-cu dəqiqədə meydana daxil olduqdan 15 saniyə sonra fərqlənə bilib. Junior müdafiəçinin səhvindən yararlanıb və komandasının ikinci qoluna imza atıb. Bu, rəsmi statistikaların qeydə alınmağa başladığı 2006/2007 mövsümündən sonra rekord sayılır.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən "Real Madrid"də çıxış edir.