6 dekabr 2025. Şənbə

Ümid edirəm ki, Ronaldo bu oyunda iştirak edə biləcək


Ümid edirəm ki, Ronaldo bu oyunda iştirak edə biləcək
“Barselona”nın kapitanı Lionel Messi növbəti dəfə “Yuventus”un fubolçusu Kriştiano Ronaldo ilə aralarından olan rəqabətdən danışıb.
 
Corner.az xəbər verir ki, 33 yaşlı hücumçu İtaliya mətbuatına açıqlamasında portuqaliyalı forvarda koronavirusdan tez sağalmasını və Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Yuventus” – “Barselona” matçında iştirak edə bilməsini arzulayıb:
 
“Ronaldo ilə rəqbət xüsusi idi və hələ də belədir. Uzun illər bu cür davam etdi. Uzun müddət müəyyən bir səviyyədə qalmaq asan deyil. Ronaldo ilə aramızdakı duel şəxsi çərçivədə də çox yaxşı keçdi. “Real, “Barselona” tərəfdarları, eləcə də bütün azarkeşlər mötəşəm bir tamaşa gördülər. Onlara daha çox zövq verəcəyimizə ümid edirik. Aydındır ki, Ronaldo “Real”da çıxış edəndə oyunlar xüsusi idi. Belə görüşlər həmişə fərqli olub. Amma Kriştiano oynayanda matçlar daha da xüsusiləşirdi. Ancaq indi onlar keçmişdə qalıb. Biz səbirsizliklə qarşıdakı  çağırışları gözləyirik. Məsələn çərşənbə günü bu, baş verə bilər. Ümid edirik ki, Ronaldo tezliklə koronavirusdan qurtulacaq və bu oyunda iştirak edə biləcək”.
 
Qeyd edək ki, oktyabrın 28-də Turindəki “Allianz Arena”da keçiriləcək  “Yuventus” – “Barselona” görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq. 





Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”