6 dekabr 2025. Şənbə

Son günümə qədər mübarizə aparacam - Zidan


Son günümə qədər mübarizə aparacam - Zidan
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Borussiya” ilə (Münhenqladbax) qarşılaşacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.
 
Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı mütəxəssis, qələbə qazanacaqlarına inandığını bildirib:
 
“Hər an problem yarada biləcək çətin komandaya qarşı oynayacağımızı bilirik. 90 dəqiqə sakit oynamalı və gücümüzü qorumalıyıq. Bu qarşılaşmada “Barselona” ilə matçdakı (3:1) oyunumuzu göstərməliyik. Həmin matçda yaxşı oynadıq, komanda şəklində mübarizə apardıq. Bunu təkrarlamalı və xal qazanmalıyıq. Bütün düşüncələrim buna yönəlib. Burdakı son günümə qədər mübarizə aparacam. Qarşıda uzun mövsüm var və bütün futbolçulara ehtiyacımız olacaq”.
 
Qeyd edək ki, “Borussiya” – “Real” oyunu bu gün, saat 00:00-da başlayacaq.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”