6 dekabr 2025. Şənbə

Liverpul, Bavariya, Siti'dən qələbə, Real xal itirdi


Liverpul, Bavariya, Siti'dən qələbə, Real xal itirdi
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarının qarşılaşmaları baş tutub.
 
A qrupunda ilk turda “Atletiko”nu darmadağın edən “Bavariya” bu dəfə səfərdə “Lokomotiv”in qonağı olub və qələbə qazanıb. “Atletiko” isə öz meydanında “Zalsburq”u üstələyib.
 
B qrupu çərçivəsində “Real” səfərdə Münhenqladbax “Borussiya”sının qonağı olub. Madrid klubu bu oyunda məğlubiyyətdən son anda xilas olmağı bacarıb. “Şaxtyor” isə “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib.
 
D qrupunda “Liverpul” “Midtyulland”ı, “Atalanta” isə “Ayaks”ı qəbul edib. İngiltərədəki oyunda son çempion inamlı qələbə qazanıb. Dörd qolun qeydə alındığı İtaliyadakı matçda isə qalib müəyyənləşməyib.
 
Qrup mərhələsinin 2-ci turunun digər oyunları sabah keçiriləcək.
 
UEFA Çempionlar Liqası
27 oktyabr
 
A qrupu
 
Lokomotiv (Moskva, Rusiya) – Bavariya (Almaniya) 1:2
Qol: Mirançuk, 70 – Qoretska, 13. Kimmix, 79.
 
Atletiko (İspaniya) – Zalsburq (Avstriya) 3:2
Qol: Lyorente, 29. J.Feliks, 52; 85 – Soboslai, 40. Berişa, 47.
 
Bavariya – 6, Atletiko – 3, Lokomotiv – 1, Zalsburq – 1.
 
B qrupu
 
Şaxtyor (Donetsk, Ukrayna) – İnter (İtaliya) 0:0
 
Borussiya (Münhenqladbax, Almaniya) – Real (İspaniya) 2:2
Qol: Turam, 33; 58 – Benzema, 87. Kazemiro, 90+3.
 
Şaxtyor – 4, Borussiya – 2, İnter – 2, Real - 1
 
C qrupu
 
Portu (Portuqaliya) – Olimpiakos (Yunanıstan) 2:0
Qol: Vieyra, 11. Oliveyra, 85.
 
Olimpik (Marsel, Fransa) – Mançester Siti (İngiltərə) 0:3
Qol: Torres, 18. Gündoğan, 76. Sterlinq, 81.
 
Mançester Siti – 6, Portu – 3, Olimpiakos – 3, Olimpik 0.
 
D qrupu
 
Liverpul (İngiltərə) – Midtyulland (Danimarka) 2:0
Qol: Jota, 55. Salah, 90+2-pen.
 
Atalanta (İtaliya) – Ayaks (Niderland) 2:2
Qol: Sapata, 54; 60 – Tadiç, 30-pen. Traore, 38.
 
Liverpul – 6, Atalanta – 4, Ayaks – 1, Midtyulland – 0.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”