6 dekabr 2025. Şənbə

Bu cür dramın olacağını düşünmürdük


Bu cür dramın olacağını düşünmürdük
“Real” futbolçuları düzgün reaksiya göstərdilər. İlk yarıda çox yaxşı oynadığımızı düşünürəm. Buraxdığımız ilk qolda ciddi səhv etdik. Bu cür dramın olacağını düşünmürdük".

Corner.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsində “Borussiya” (Münhenqladbax) ilə oyundan sonra mətbuat konfransında deyib.

Fransalı mütəxəssis səfərdə qeydə alınan 2:2 hesablı heç-heçəni belə şərh edib: “Təəssüf ki, futbolçularımız topa sahib olmaqda üstünlüyü ələ ala bilmədilər. Bunun futbolçulara necə təsir etdiyini başa düşürəm.

Hər kəs üçün çətin bir il olacaq, amma bu axşam komandamla fəxr etdim. Bu cür oynayaraq qrupdan çıxacağımıza şübhə etmirəm”.

Qeyd edək ki, B qrupunun turnir cədvəlinə 4 xalla “Şaxtyor” başçılıq edir. “Borussiya” 2 xalla 2-ci dir. Eyni xalı olan “İnter” 3-cü pillədə qərarlaşıb. Aktivinə yalnız 1 xal yazdırmağı bacaran “Real” isə sonuncudur.





Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”