3 may 2026. Bazar günü

Barselona Yuventus'u, PSJ Başakşəhər'i uddu


Barselona Yuventus'u, PSJ Başakşəhər'i uddu
UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları üzrə 8 qarşılaşma keçirilib.
 
Qardaş Türkiyənin yeganə təmsilçisi “Başakşəhər” ÇL-də ilk ev oyununa çıxıb. Turnirə məğlubiyyətlə başlayan İstanbul təmsilçisi ötən mövsümün finalçısı PSJ ilə üz-üzə gəlib. "Başakşəhər" bu oyunda da xal itirib. Bu qrupun digər görüşündə “Leyptsiq” səfərdə “Mançester Yunayted”in qonağı olub. “Qırmızı şeytanlar” darmadağınla qalib gəliblər.
 
Turun ən maraqla gözlənilən matçı Turində baş tutub. Turnirə qələbə ilə başlayan “Yuventus” “Barselona” ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya təmsilçisi səfərdə inamlı qələbə qazanıb. 
 
UEFA Çempionlar Liqası
28 oktyabr
 
E qrupu
 
“Krasnodar” (Rusiya) – “Çelsi” (İngiltərə) 0:4
Qol: Hadson-Odoi, 37. Verner, 76-pen. Ziyex, 79. Pulişiç, 90.
 
“Sevilya” (İspaniya) – “Renn” (Fransa) 1:0
Qol: De Yonq, 56.
 
Çelsi – 4, Sevilya – 4, Krasnodar – 1, Renn – 1.
 
F qrupu
 
“Borussiya” (Dortmund, Almaniya) – “Zenit” (Rusiya) 2:0
Qol: Sanço, 78-pen. Haland, 90+1.
 
“Brügge” (Belçika) – “Latsio” (İtaliya) 1:1
Qol: Vanaken, 42-pen – Korrea, 14.
 
Latsio – 4, Brügge – 4, Borussiya – 3, Zenit – 0.
 
G qrupu
 
“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) 0:2
Qol: Dembele, 14. Messi, 90+1-pen.
 
“Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Kiyev, Ukrayna) 2:2
Qol: Nquen, 59. Boli, 90 – Tsiqankov, 28-pen. De Pena, 41.
 
Barselona – 6, Yuventus – 3, Dinamo – 1, Ferentsvaroş – 1.
 
H qrupu
 
“Başakşəhər” (Türkiyə) – PSJ (Fransa) 0:2
Qol: M.Kin, 64; 79.
 
“Mançester Yunayted” (İngiltərə) – “Leyptsiq” (Almaniya) 5:0
Qol: Qrinvud, 21. Reşford, 76; 78; 90+2. Marsyal, 86-pen.
 
Mançester Yunayted – 6, PSJ – 3, Leyptsiq – 3, Başakşəhər – 0.






Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı